
İtaliyanın Baş naziri maraqlı addımı ilə diqqətləri üzərinə çəkib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Baş naziri xanım Georgia Meloni Albaniyanın Berat bölgəsindəki bir restoranda hesabını ödəmədən ayrılan bir qrup italiyan turistin hesabını öz cibindən ödəyib.
Albaniyanın Berat şəhərində yedikləri yeməklərin ödənişini etməyən turistlərin bu addımı mətbuata sızıb.
Yerli mətbuat Albaniya Baş naziri Edi Ramanın həmin mövzunu eyni zamanda ölkəsinə səfər edən İtaliyanın Baş naziri Georgiya Meloniyə bildirdiyini yazıb. Meloninin hesabın ödənilməsi üçün İtaliyanın Albaniyadakı səfirliyinə təlimat verməsi açıqlanıb.
İtaliyanın Tiranadakı səfirliyi bu açıqlamanı edib:
“Georgiya Meloninin təlimatı ilə Bərat bölgəsində bir restoranda bir qrup italiyan turistin pulu ödəmədən qalıq saxladığı ödənişin həll edilməsini təmin etdik. Ödənilməmiş hesab qapandı. İtaliyanlar qaydalara əməl edər və borclarını ödəyərlər, bunun kimi olayların bir daha yaşanmamasına ümid edirik.”
Səfirlik jurnalistlərə həmin ödənişin 80 avro olduğunu açıqlayıb.
Tərcümə: Arzu