Baş nazir Sunakdan Kral Salmana özəl dəvət

  • By arzu
  • 18 Avqust 2023 18:19

İngiltərənin Baş naziri Rişi Sunak S. Ərəbistanının Vəliəhd Kralı İbn Salmana özəl dəvət göndərib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sunak Salmanla görüşmək üçün istəyini bildirib.

Kral Salman və Baş nazir Sunak arasındakı telefon danışığı zamanı İngiltərə təmsilçisi ilk fürsətdəcə ərəb siyasətçi ilə görüşmək niyyətini bəyan edib.

Sunak və Kral Salman ticarət, yatırım, müdafiə və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi mövzularını əla alıblar.

İngiltərənin Baş naziri ölkəsinin ölkəsinin S. Ərəbistanın təhlükəsizliyinin təmin edilməsində sadiqliyini bildirib.

Kral Salmanın İngiltərə səfəri üçün hələlik təqviminin müəyyənləşdirilmədiyini, ancaq səfərin oktyabr və ya noyabr aylarında gerçəkləşə biləcəyi bildirilir.

Qeyd edək ki, Ukrayna savaşından sonra yüksələn petrol qiymətlərini azaltmaq üçün bir çox Qərb ölkələri S. Ərəbistanla münasibətlərinə özəl maraq göstərir.

 

Tərcümə: Arzu

Gununsesi.info