
Belarus Prezidenti Aleksandr Lukaşenko Çin və ölkəsinin yanaşması ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Lukaşenko dünyanın mövcud və gələcəkdəki düzəni haqqında fikirlərini bildirib.
“Çin və Belarus eyni dünya nizamı ortaq baxışını paylaşır”, – deyə Belarus Prezidenti bildirib.
Paytaxt Minskə səfər edən Çinin Müdafiə Naziri Li Şangfu ilə görüşən Lukaşenko çoxqütblü dünyanı müdafiə etdiklərini bildirib.
“Ərazi bütünlüyü və İkinci Dünya Savaşından sonrakı bəlli edilən sərhədlərin birliyini müdafiə edirik. Ölkələrin iç işlərinə qarışmama prinsipinə bağlılığımızı davam etdiririk. Qısacası, Çin xarici siyasətinin paletinin bütünü bizimkinə bənzəyir”.
Lukaşenko Çin Xalq Respublikasının xarici və daxili siyasətinin bütünü ilə ədalətli olduğunu, anlaşmazlıqların və toqquşmaların barışıq həllini hədəflədiyini gprdüklərini iddia edib.
Lukaşenko dünyanın qeyri-sabit dönəmdən keçdiyini, bunun Belarusun və Çinin qüsuru olmadığını vurğulayıb.
Tərcümə: Arzu