
“ABŞ prezidenti Co Baydenin seçki kampaniyasını dayandırmaq qərarı sırf vətənpərvərlik aktıdır”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton New York Times üçün köşə yazısında yazıb.
Siyasətçi qeyd edib ki, vitse-prezident, Demokratlar Partiyasının mümkün namizədi Kamala Harris seçki yarışında qalib gələ bilər.
“Tarix bizi izləyir. Prezident Baydenin kampaniyasını bitirmək qərarı həyatım boyu gördüyüm ən təmiz vətənpərvərlik aktı idi. Bu həm də hamımız üçün onun millətimizin ruhu uğrunda mübarizəsini davam etdirmək üçün hərəkətə çağırış olmalıdır” – deyə siyasətçi qeyd edib.
Klinton qeyd edib ki, siyasi baxımdan qarşıdakı 15 həftə ABŞ-ın indiyədək yaşadığı heç bir şeyə bənzəməyəcək: “Şübhəsiz ki, demokratlar bu yarışda qalib gələ bilər və qazanmalıdır”.
Bundan əvvəl Uqo Çaves Latın Amerika Mərkəzinin baş direktoru Yeqor Lidovskoy bildirib ki, əgər Harris prezidentliyə namizəd olarsa, Demokratlar Partiyasının ənənəvi elektoratı ona səs verəcək.
Şəbnəm
Gununsesi.info