
ABŞ-ın vitse-prezidenti Kamala Harris dövlət başçısı olarsa, ölkəni Rusiya və Çinlə müharibə vəziyyətinə sala bilər.
Gununsesi.info xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyatçısı Cek Posobiek bu barədə jurnalistin X səhifəsində dərc olunan Taker Karlsonla müsahibəsində xəbərdarlıq edib.
Keçmiş kəşfiyyatçı deyib: “Əgər siz belə bir şəxsi prezident kreslosuna oturtsanız, o, Rusiya və İranla proksi müharibəyə və Çinlə birbaşa müharibəyə icazə verəcək”.
Onun sözlərinə görə, Harris qeyri-sabit insan və siyasətçidir. Onu bir sıra sərsəm müsahibələr, ölkə sərhədindəki problemlər və Ukraynadakı vəziyyətlə əlaqələndirirlər.
Günay
Şəbnəm