2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

  • By ilhame
  • 24 İyul 2024 13:39

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

 

Gununsesi.info –nun xarici KİV-ə istinadən məlumatına görə, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

 

Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region – Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.

 

Zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

Gununsesi.info