
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamları rədd edib.
Gununsesi.info xəbər verir ki, Vaşinqtonda hakim qarşısına çıxan Tramp ona qarşı irəli sürülən dörd ittihamın hamısını rədd edib.
Amerika vaxtı ilə saat 15:30 radələrində ədliyyəyə gələn Trampdan ilk olaraq barmaq izləri götürülüb. İş üzrə növbəti məhkəmə iclası avqustun 28-nə təyin edilib.
Trampa qarşı aparılan araşdırmalar üzrə xüsusi səlahiyyətli ekspert təyin edilmiş keçmiş baş prokuror Cek Smit də məhkəmədə iştirak edib.
Məhkəmə zalında az sayda jurnalist iştirak edib. Kamera, fotoaparat, mobil telefon, kompüter və digər səs yazma vasitələrinin içəri keçirilməsinə icazə verilməyib.
Trampın bu dəfə müttəhim kimi gələcəyi paytaxt Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.
Media nümayəndələri isə səhər saatlarından məhkəmə binası qarşısında baş verənləri izləyib.
Tərcümə
Şəbnəm
Gununsesi.info