
Vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında saxlanılan ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib. Onun sözlərinə görə, Qubad İbadoğlu ilə görüşdə məlum olub ki, artıq onun içməli su problemi həll edilib və dərmanlarının sayı artırılıb:
“Qubad bəy bildirdi ki, dünən kənardan həkim briqadası onu müayinə edib. Müayinə nəticəsində şəkərinin 200- dən artıq olduğu, yüksək təzyiqli olduğu müəyyən edilib. Bundan başqa səhhətində bir sıra fəsadlar həmin həkimlər tərəfindən qeydə alınıb. Həkimlərin rəyi ilə ona verilən dərmanların sayı artırılıb”.
Şəbnəm
Gununsesi.info