İntihar: tələbələr, həkim və hakim faktoru - DEPUTAT YAZIR

  • By ilhame
  • 28 Aprel 2024 08:58

2016-cı ilin Oktyabr ayının 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu intihar etmişdi. H. Abbasov qəbul imtahanlarından 670 bal toplayıb bu Ali məktəbə daxil olmuşdu.

2022 –ci ilin Oktyabr ayının 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684,8 bal toplayaraq UNEC- ə qəbul olunmuşdu.

Aprelin 24-də Respublikanın keçmiş baş Pediatoru, professor Nəsib Quliyev, aprelin 27-də isə Ali Məhkəmənin hakimi İlqar Dadaşov intihar etmişdir.

İntihar fenomeni çox çətin öyrənilən fenomendir. “Sosiologiya ” elminin yaradıcılarından biri “Özünəqəsd” kitabının müəllifi Emil Dürkqeym İntiharın aşağıdakı növlərini öyrənib.

Özünəqəsd və psixopatik vəziyyət;

Özünəqəsd və normal psixi vəziyyət. İrsi faktor

Özünəqəsd və kosmik faktorlar

Yamsılamaq

Eqoistik özünəqəsd

Altruist özünəqəsd

Anomik özünəqəsd

Özünəqəsdin individual fərqli formaları

Özünəqəsddə sosial elementlər

P.S. Bizdə bəzi “psixoloqlar” intiharı maddi çətinliklərlə bağlayırlar. İntihar fenomeni öyrənilməmiş fenomendir.

Etibar Əliyev

Milli Məclisin deputatı

Gununsesi.info