Ülviyyənin kuboku təqdim edildi - FOTO

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

Qalib şahmatçının şərəfinə Azərbaycan dövlət himni səsləndirilib.

Mərasimdə, həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

Ülviyyənin kuboku təqdim edildi - FOTO
Ülviyyənin kuboku təqdim edildi - FOTO