
Sosial şəbəkələrdə Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin mülkigeyimlilər tərəfindən saxlanılmasına dair məlumat yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə yayılan məlumatlarda bildirilir ki, Anar Məmmədli Teymur Əliyev küçəsində saxlanılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib:
“Onun barəsində araşdırma aparılır”.
Gununsesi.info