Putin özünə təklükə gördüyü insanları vətəndaşlıqdan çıxarır

Son altı ayda Rusiya hakimiyyət orqanları müxtəlif cinayətlərə görə 398 vətəndaşlıq almış rusiyalını vətəndaşlıqdan məhrum edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu şəxslərin Rusiya pasportları ötən il oktyabrın sonunda qüvvəyə minmiş “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 24-cü maddəsinin 1-ci hissəsi çərçivəsində ləğv edilib.

 

Bu hissədə qeyd edilir ki, Rusiya vətəndaşlığına qəbul edilmiş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərə görə xitam verilə bilər.

 

Xüsusilə, ordu haqqında “saxta”ların yayılmasına və silahlı qüvvələrin “diskreditasiyasına” görə, təxribat törətməyə, sanksiyalara çağırışlara, fərariliyə, hərbi xidmətdən yayınmağa və xidməti vəzifələrini yerinə yetirməyə, habelə casusluğa görə vətəndaşlıqdan məhrum edilə bilər.

 

Bundan əlavə, arzuolunmaz xarici və ya beynəlxalq qeyri-hökumət təşkilatında iştiraka, narkotik və silah alverinə, cinayətkar birliyin təşkilinə və banditizmə görə vətəndaşlıq ləğv edilə bilər.

 

Rusiya Daxili İşlər Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, idarə Rusiya vətəndaşlığını qəbul etdikdən sonra cinayət törətmiş bütün vətəndaşlıq almış vətəndaşların müəyyən edilməsi və ona xitam verilməsi üçün yoxlama aparır.

 

“Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilməzdən əvvəl Rusiyada vətəndaşlığa xitam verən qurum olamyıb.

 

Eyni zamanda, Rusiya Konstitusiyasının 6-cı maddəsi vətəndaşlıqdan məhrum etməyə qadağa qoyur: “Rusiya Federasiyasının vətəndaşı vətəndaşlıqdan və ya onu dəyişdirmək hüququndan məhrum edilə bilməz.

Bildirilir ki bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hərbi xidmətdən yayınanların  vətəndaşlıqdan məhrum edilməsinə çağırıb:

 

“Əgər siz Rusiya Federasiyasının vətəndaşı kimi hərbi borcunuzu yerinə yetirməyə hazır deyilsinizsə, belə bir şəxsi vətəndaşlıqdan məhrum etmək barədə qərar qəbul etməlisiniz” – deyə o bildirib.

 

 

 

Şəbnəm

Gununsesi.info