
Almaniyanın keçmiş Bundesver zabiti Rusiyaya casusluq etdiyini etiraf edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçmiş hərbçi Tomas H. Düsseldorf keçirilən məhkəmə iclasında hərbi məlumatları Rusiyaya ötürdüyünü deyib.
O, 2023-cü ilin iyununda Almaniyanın sağçı ADG partiyasına qoşulduğunu və rusiyayönlü təsir göstərən bir şəxsin TikTok ilə Rusiya konsulluğu ilə əlaqə saxlamağa sövq edildiyini deyib.
Almaniya prokurorluğunun məlumatına görə, təqsirləndirilən şəxs öz təşəbbüsü ilə Rusiyanın Bonndakı konsulluğu və Rusiyanın Berlindəki səfirliyi ilə əlaqə saxlayıb, onlara əməkdaşlıq təklif edib, sonra isə rəsmi məlumatı Rusiya xüsusi xidmət orqanlarından birinə ötürüb. O, bütün bunları tam pulsuz edib.
Bildirilir ki, kapitan rütbəli təqsirləndirilən bu şəxs ordu üçün silah alınmasına cavabdeh olan idarədə xidmət edib. Onun Rusiya tərəfinə hansı məlumatları ötürə biləcəyi ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.
Məhkəmədə Tomas H. ailəsini təhlükəsiz yerə aparmaq üçün Ukraynada mümkün nüvə eskalasiyası barədə məlumat almağa çalışdığını da bildirib.
O, törətdiyi əməlindən peşman olduğunu bildirib. Bu əməli öz psixoloji vəziyyətinin sağlam olmaması ilə əlaqələndirib.
Onun məhkəmə iclası iyunun 24-dək davam edəcək.
Xatırladaq ki, Almaniya prokurorları keçmiş hərbçini Federal Silahlar İdarəsində işləyərkən aldığı məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürməkdə ittiham edib.
Şəbnəm
Gununsesi.info