
Böyük Britaniyaya məxsus məşhur əczaçılıq şirkəti “AstraZeneca” hazırladıları peyvəndin koronavirusa qarşı ölümcül təsirə səbəb ola biləcəyi barədə ilk dəfə olaraq məhkəmədə etiraf edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Oksford Universiteti ilə birlikdə hazırladığı vaksinin xəstələrin sağlamlığına ciddi ziyan vurduğunu habelə ölümlə nəticələndiyi üçün şirkətə qarşı iddia qaldırılıb.
Zərərçəkənlər AstraZeneca-dan 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər.
Vaksinin qurbanlarından biri də Ceymi Skottdur. O, 2021-ci ilin aprelində peyvənd olunduqdan sonra beyində qan laxtalanması əmələ gəldikdən sonra səhhəti ciddi problemlər ortaya çıxıb.
Onun sözlərinə görə, peyvənd bəzən trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb olur.
Bildirilir ki, AstraZeneca Böyük Britaniyanın ən böyük şirkətlərindən biridir və 185 milyard funt-sterlinq sərvəti ilə FTSE 100-də ikinci ən böyük şirkətdir.
Şirkət 2020-ci ilin payızında COVID-19-a qarşı öz peyvəndini hazırlayıb.
Klinik sınaqlara görə, dərmanın effektivliyi 70% təşkil edib. Bu rəqəm sınaq zamanı əldə edilmiş iki fərqli effektivlik qiymətləndirməsi əsasında hesablanmışdır.AstraZeneca peyvəndi iynəsi alanlarda tromboz və tromboemboliya xəbərləri isə 2021-ci ildə ortaya çıxıb.
Bundan sonra bəzi ölkələr dərmanın istifadəsini müvəqqəti olaraq dayandırıb.
Avropa Dərman Agentliyi (EMA) isə apardığı araşdırmalarına əsasən bu peyvəndin qan laxtalanma üçün riskli olduğunu sübuta yetirilmədiyini bildirib.
Öz növbəsində, Frankfurtdakı Höte Universitetinin professoru Rolf Marszalek izah edib ki, AstraZeneca vaksinindən sonra trombozun baş verməsi peyvəndin Sars-Cov-2 virusunun sünbül zülalını insan orqanizminə çatdırmaq üçün istifadə etdiyi adenoviral vektorlarla əlaqəli ola bilər.
Alimin sözlərinə görə, sünbül zülalı sağlam hüceyrənin sitozolik mayesinə (koronavirus adətən zülallar istehsal edir) deyil, nüvəyə göndərilir. Daha sonra sünbül zülalının hissələri parçalanır və hüceyrə membranına bağlana bilməyən və immunizasiyaya səbəb ola bilməyən mutasiyalar yaradır.
Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyinin (MHRA) rəsmi rəqəmləri göstərir ki, İngiltərədə ən azı 81 ölümün qan laxtalanmasın və trombosit sayının aşağı olduğundan baş verib.
Bu da onu göstərir ki, beş nəfərdən biri bu sindromdan ölüb.
Böyük Britaniya hökuməti peyvəndin göstərdiyi mənfi nəticələrə görə öz kompensasiya sxemini təqdim etsə də, lakin zərərçəkmişlər bununla razılaşmırlar. Onlar iddia edirlər ki, 150.000 dollarlıq birdəfəlik ödəmə onların çəkdiyi zərəri qarşılamır.
Statistikalar isə göstərir ki, Britaniya hakimiyyəti tərəfindən 2024-cü ilin fevral ayına qədər ödənilən 163 belə kompensasiyadan ən azı 158-i AstraZeneca peyvəndi ilə əlaqədar olub.
Şəbnəm
Gununsesi.info