“Seçicilərin fəallığı qənaətbəxş sayıla bilər”.
Gununsesi.org xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib. O bildirib ki, ölkədə olan hava şəraitindən xəbərdarıq: “Bu saata olan fəallıq budursa, demək ki seçicilərin fəallığı qənaətbəxşdir. Biz canlı seçkinin şahidiyik.
“Qaynar Xətt”ə müxtəlif məlumat xaraketerli sorğular daxil olub. Məntəqələrin yerini soruşurlar. Bəzi namizədlər də seçki günü nə edib etməməklə bağlı suallar ünvanlayırlar. Bunlar şikayət xarakterli deyil”.
R. Qasımov sosial şəbəkədə yayılan görüntülərdən də danışıb. O bildirib ki, veb kameralar vasitəsilə görüntüləri internet istifadəçilərinə təqdim edirlər:
” Səhər veb kameralar yeni fəaliyyətə başlayanda məlumat yaydılar ki, kameraların üstünü bağlayıblar. Yaxşı ki, bu məlumatlar bizimlə paylaşılır. Bu halda bildirmək istəyirəm ki, veb kameralar hamısı fəaliyyət göstərir. Üstü örtülən təhlükəsizlik kameralarıdır. Beynəlxalq və yerli müşahidəçilər tövsiyə etdi ki, onların üzəri örtülsün. Bundan öncəki seçkilərdə də belə olub. Burada veb-kameraların üzərinin örtülməsindən söhbət gedə bilməz”.
Gununsesi.org
COMMENTS