“Azərbaycan Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı heç bir problem yoxdur”.
Gununsesi.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: “Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzaladıq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir”.
Nazir müavini qeyd edib ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub.
“Qalan hissələr də mərhələli şəkildə davam etdiriləcək”, – deyə o əlavə edib.
Gununsesi.org
COMMENTS