Bakı polisi itkin düşmüş 4 nəfəri tapdı

Bakı polisi itkin düşmüş 4 nəfəri tapdı

Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 22 cinayətin üstü açılıb. Onlardan 7 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

 

Gununsesi.org

COMMENTS