Dünən axşamdan başlayan şiddətli külək Bakıda bir sıra fəsadlara səbəb
olub.
Gununsesi.org-un Moderator.az-a istinadən verdiyi məlumata görə, paytaxtn Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi,13 “Space” telekanalının yanı) ünvanında yerləşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasının damının xeyli hissəsi dağılıb və bina ilə üzbəüz yerləşən 225 saylı tam orta məktəb istiqamətində yerə düşüb. Xoşbəxtlikdən həmin vaxt aşağıda heç kəs olmayıb. Lakin sakinlər bildirir ki, əsasən məcburi köçkünlərin məskunlaşdığı yataqxananın damının bir hissəsi fasadın üzərində asılı vəziyyətdə qalıb və külək ağır çəkili dəmir parçalarını hər an yerə ata bilər. Bu da binanın yanından piyada və ya avtomobillə keçən insanlar üçün, o cümlədən 225 saylı tam orta məktəbdə iki və 121 saylı uşaq bağçasında fəaliyyət göstərən bir seçki məntəqəsinə səsvermə üçün gedib-gələn vətəndaşlar üçün təhlükə törədə bilər…
Güman edirik ki, Fövqəladə Hallar Nazirliyi və olaydan xəbərdar olan digər qurumlar təcili olaraq vətəndaşların həyatı üçün təhlükənin aradan qaldırılmasından ötrü gərəkli tədbirlər görəcəklər.
Xatırladaq ki, bəhs edilən yataqxanın damı son illərdə dəfələrlə tufan zamanı dağılıb, lakin əsaslı bərpa edilməyib…
COMMENTS