“Qazaxıstanın cənubundakı Jambıl vilayətinin Korday rayonunda ölümlə nəticələnən iğtişaşlar dövlət orqanlarının işçilərinin təxribatı sayəsində baş verib. Onlar cəzalandırılacaqlar”.
Gununsesi.org xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev öz tvitter mikrobloqunda məlumat verib.
Dövlət başçısı insident nəticəsində yaralanan şəxslərin dövlət dəstəyi alacaqlarını bildirib.
Xatırladaq ki, ötən cümə günü Qazaxıstanın Jаmbıl vilayətinin Korday rayonu, Masançi kəndində yerli sakinlər arasında kütləvi dava baş verib. Sonra iğtişaşlar Aukat və Bolanbatur kəndlərinə yayılıb. Nəticədə 8 nəfər ölüb, 137 nəfər həkimlərdən kömək istəyib. 37 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 9-u reanimasiyadadır. Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.
Kardoyda hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Faktla bağlı cinayət işi açılıb. 47 nəfər saxlanılıb.
Gununsesi.org
COMMENTS