Ekspertlər rusiyalı deputat Ayrat Xayrullinin helikopterinin qəzaya düşməsi ilə bağlı görüntünü bərpa ediblər.
Gununsesi.org-un “Yandex.ru”-ya istinadən xəbərinə görə, qəzanın səbəbi pilotun səhvi və pis hava şəraiti olub.
Xəbərdə bildirilir ki, qar səbəbindən pilot panikaya düşərək idarəetməni itirib və sürəti artıraraq yüksəyə qalxmaq əvəzinə qəfil sürəti azaldaraq enməyə çalışıb. Bu zaman yüksək sürət səbəbindən helikopterin quyruq hissəsi yerə dəyib və bütün gövdə hissəsi çöküb.
Ekspertlərin bildirdiyinə görə, helikopter yerdə təxminən 120 metrə qədər sürünüb. A.Xayrullin öndə əyləşib və zərbə nəticəsində onun bədəninin bir hissəsi helikopterdən çölə çıxıb. Digər hissəsi isə əzilən hissələrin altında sıxılıb.
Xatırladaq ki, fevralın 7-də Kazan yaxınlığında Rusiyada “Bell 407” helikopterinin qəzaya düşməsi nəticəsində Dövlət Dumasının deputatı A.Xayrullin dünyasını dəyişib.
Gununsesi.org
COMMENTS