Bu gün səhər saatlarında Bakı-Quba yolu buz bağlaması səbəbi ilə bir müddət bağlı olub.
Gununsesi.org-un verdiyi xəbərə görə, sürücülər yolda hərəkətin qeyri-mümkün olduğunu görüb paytaxta geri qayıdıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu çətinlik səhər saatlarında qısa müddət ərzində qeydə alınıb: “Yol buz bağladığı üçün maşınların hərəkətində çətinlik yaranmışdı. Dərhal yola qum və duz səpildi və yolda avtomobillərin hərəkəti təmin edildi. Səhər saatlarından tədbirlər görülürdü, sadəcə bütün yolu 5-10 dəqiqə ərzində təmizləmək mümkün deyildi, həm də yol açılan zaman qar yağmağa davam edirdi. Artıq Bakı-Quba yolunda hər hansı çətinlik yoxdur, yol açıqdır”.
Gununsesi.org
COMMENTS