Fars körfəzində dislokasiya olunmuş bütün Amerika qoşunları İranın daimi müşahidəsi və nəzarəti altındadır.
Gununsesi.org Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi “Fars” agentliyinə müsahibəsində çıxış edib.
“ABŞ-ın bu regiondakı bütün bazaları bizim müşahidəmiz altındadır, o cümlədən ABŞ təyyarədaşıyanları. Və biz bilirik ki, ABŞ-ın burada nə qədər gəmisi var və onlar konkret olaraq haradadırlar”,-o deyib.
Rezayi qeyd edib ki, İranın ABŞ hərbçilərinin koordinatları barədə informasiyaları “çox dəqiqdir”.
“Hətta Amerika əsgərləri Küveyt və ya Bəhreyndə otellərə baş çəkəndə də biz onları izləyirik”,-o bildirib. Rezayi əlavə edib ki, İran İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirərəkən “dəqiq hesablamalar aparmışdı” və orada nələrin olduğuna dair “tam informasiyaya” malik idi.
Xatırladaq ki, yanvarın 8-də İran general Qasım Süleymaninin öldürülməsinin qısası olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirib. Onlarla amerikalı hərbçi partlayış dalğasının nəticəsində xəsarətlər alıb.
Gununsesi.org
COMMENTS