Türkiyə İdlibdəki müşahidə nöqtələrinə əlavə hərbi qüvvə göndərib

Türkiyə İdlibdəki müşahidə nöqtələrinə əlavə hərbi qüvvə göndərib

Bu gün səhər saatlarında Türkiyənin fərqli yerlərindən Türkiyə Silahlı Qüvvələrinin (TSK)  480 hərbi maşınlıq konboyu İdlibdəki müşahidə nöqtələrinə göndərilib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə  TSK-nın Reyhanlı bölgəsindəki məlumat mərkəzindən xəbər yayılıb.

Bölgədəki müşahidə məntəqələrinə  hərbi konvoyun getməsi ilə yanaşı,  növbətçi qrup, zirehli şəxsi heyət daşıyıcısı, zirehli personal daşıyıcısı (ZPT) və döyüş sursatları göndərilib. Reyhanlıda hərbçilər tərəfindən 20 yük maşınından endirilən ZPT-lər geniş təhlükəsizlik tədbirləri altında İdlibdəki müşahidə məntəqələrinə yönəldilib. 

 

 

Gununsesi.org

COMMENTS