Şəkililərdən Əli Məsimliyə böyük dəstək- FOTOLAR

Şəkililərdən Əli Məsimliyə böyük dəstək

114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşünü yanvar ayının 27-də rayonun Cumakənd sakinləri ilə keçirib.

Gununsesi.org bildirir ki, görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri deputatlığa namizədin platformasını “qapı-qapı” prinsipi ilə kənd sakinlərinə çatdırmışlar. Daha sonra deputatlığa namizəd Cumakənd kəndində seçicilərlə görüşə qatılmışdır.

Görüşdə Cumakənd kəndində yaşayan müxtəlif sosial təbəqələrdən olan 220 nəfər seçici iştirak etmişdir. Görüşdə Əli Məsimlinin vəkilləri – pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdürət Bəkirov çıxış edərək deputatlığa namizədin Milli Məclisdə, seçicilərlə iş sahəsində fəaliyyəfəaliyyəti və KİV-lərdəki çıxışlarında qaldırdığı aktual iqtisadi və sosial problemlər barədə ətraflı məlumat vermiş və fevralın 9-da hamını seçkilrdə fəal iştiraka dəvət etmişlər.

Vəkillərin çıxışından sonra deputatlığa namizədin vətəndaşları daha çox narahat edən sosial məsələlər və Şəkinin sosial-iqtisadi problemləri ilə əlaqədar parlamentdəki çıxışlarını əks etdirən qısa videoçarx təqdim edilmişdir. Əli Məsimli seçicilərə Milli Məclisdəki 4 illik fəaliyyəti barədə hesabat verdikdən sonra, seçkiqabağı platforması, ona yenidən etimad göstəruiləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Əli Məsimli seçicilərin qaldırdığı məsələlərə münasibət bildirərkən deyib ki, yeni qanun layihələri hazırlamaq, qanunlara əlavə və dəyişiklik təklifləri ilə çıxış etmək, Şəki rayonunun problemlərinin həllinin sürətləndirməkdən ötrü, bu məsələləri aidiyytaı orqanlara göndərilməsi ilə yanaşı, həm də islahatlara da dəstək olaq:

“Əziz seçicilər,mən Sizi ölkədə həyata keçirilən islahatlara aktiv surətdə dəstək verməyə çağırıram. İslahatlar genişlənib-dərinləşdikcə problemlərimizin həlli sürəti də artacaq. Eyni zamanda bu da bir reallıqdır ki, mən də islahatlar şəraitində daha məhsuldar tərzdə işləyə bilirəm və onda fəliyyətimin nəticələri də daha dolğun olacaq. Ona görə də xalqın islahatlara dəstəyi hər kəsin güzəranının yaxşılaşmasında özünün də fəal iştirak etməsi deməkdir. Bu həm də mənim də daha çox qanun layihəsi ilə çıxış etməyimə, seçicilərin qaldırdığı məsələri aidiyyatı orqanların köməyi ilə operativ həll ediləsi işinə də dəstək olacaq”.

Çıxış edən seçicilər öz növbəsində namizədin Parlamendəki fəaliyyətini və Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri dəyərləndirərək onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildiriblər.

 

Gununsesi.org

COMMENTS