Tailandda ticarət mərkəzində 27 nəfəri qətlə yetirən əsgər Cakrapan Tomma zərərsizləşdirilib.
Gununsesi.org-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, o, xüsusi qüvvələr tərəfindən məhv edilib. Tailand polis rəisi Çaktip Çayinda xüsusi əməliyyatın bitdiyini açıqlayıb.
Qeyd edək ki, fevralın 8-də Tomma hərbi düşərgədə komandirini və daha iki nəfəri öldürdükdən sonra küçədə və ticarət mərkəzində insanları güllələyib. Nəticədə 27 nəfər ölüb, 63 nəfər xəsarət alıb.
Gununsesi.org
COMMENTS