ABŞ “Oskar”ın 92-ci təqdimatına hazırlaşır

ABŞ “Oskar”ın 92-ci təqdimatına hazırlaşır

Gununsesi.org xəbər verir ki, ABŞ Kinematoqrafiya Elmləri və İncəsənət Akademiyasının “Oskar” mükafatının qalibləri bazar günü məlum olacaq, mükafatın 92-ci təntənəli təqdimat mərasimi Los-Ancelesdə baş tutacaq.
Ardıcıl olaraq ikinci il “Oskar” mərasimi aparıcısız keçəcək: qalibləri onların həmkarları təqdim edəcəklər. ABŞ-da kinomükafat mövsümünün kulminasiyası sayılan mərasim dünyanın 225-dən çox ölkəsində yayımlanacaq.
Ənənəvi olaraq, 24 kateqoriyada təqdim olunan “Oskar”ın qaliblərinə 24 karatlıq qızılla örtülmüş cəngavər heykəlcikləri təqdim olunacaq. Kino dünyasının ən nüfuzlu mükafatının dəyəri təxminən 400 dollardır.
Gununsesi.org

COMMENTS