İranda təyyarə qəzaya uğradı – Ölənlər var

  • By arzu
  • 31 İyul 2023 12:06

İranda tədris təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin Kərəc şəhərində yaşanıb.

Qəza zamanı 2 nəfər ölüb.

İranın rəsmi xəbər agentliyi İRNA bildirir ki, bu barədə Peyam İctimaiyyətlə Əlaqələr Rəhəbrliyi açıqlama verib.

“Kərəcdəki Peyam Hava Limanında tədris təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər öldü”, – deyə açıqlamada vurğulanır.

Baş verən qəza ilə bağlı araşdırmalar başladılıb.

Tərcümə: Arzu

Gununsesi.info