Dünyanın tanınmış 78 professoru Qubad İbadoğluya azadlıq istədi

  • By admin
  • 31 İyul 2023 19:36

Dünyanın xeyli sayda ölkəsini təmsil edən tanınmış alimlər,deputatlar,vətəndaş cəmiyyətləri rəhbərləri Professor Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edən sənəd imzalayıblar.

Gununsesi.info-nun xəbərinə görə, onların içərisində məşhur Azərbaycanşünas tarixçi, professor Audrey Altstadt, Kolumbiya Universitetinin professoru Gayatri Chakravorty Spivak, Duke Universitetindən professor Curtis R. Taylor və Bruce Caldwell, Chapel Hill Universitetindən professor Patrick Conway, Nottingham Universitetindən Catherine Gegout, Oxford Universitetindən Dr Jody LaPorte və Dr Zbigniew Wojnowski, LSE-dən professorlar Christopher R Hughes, Fawaz A. Gerges, Tomila Lankina, John Chalcraft,John Sidel, Sir Patrick Gillam, Rutgers Universitetindən professor Todd Wolfson və Judith Gerson, Exeter Universitetindən professor John Heathershaw və digər tanınmış alimlər var.

Qeyd edək ki, tanınmış alim saxta pul ittihamı ilə həbs olunub.

Qubad İbadoğlu hökumətin tənqidçisi kimi tanınır.

 

Elmar

Gununsesi.info