
Gununsesi.info-nun Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun vəfat etməsi ilə bağlı bu gün səhər saatlarında yaydığı xəbər təsdiqini tapıb.
Demokrat.az saytının məlumatına görə, Türkiyənin “Medipol Mega” xəstəxanasından Sürət Hüseynovun ölümü təsdiqlənib.
Qeyd edək ki, sabiq baş nazirin yaxınları Gununsesi.info-ya açıqlamasında onun bir neçə gün əvvəl Rusiyada insult keçirdiyini deyib.
Yaxınları bildirib ki, insult nəticəsində Hüseynovun bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var. O məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib. Tibbi müdaxiləyə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.
Gununsesi.info