
ABŞ-ın İllinoys ştatında 71 yaşlı Cozef Czuba adlı amerikalı şəxs, ana və oğluna müsəlman olduqlarını əsas gətirərək bıçaqla hücum edib. 26 bıçaq zərbəsi alan 6 yaşlı uşaq dünyasını dəyişib. 32 yaşlı qadın yaralanıb.
Gununsesi.info xəbər verir ki, “Will County” şerif ofisinin yaydığı açıqlamaya görə, “bu vəhşi hücumda hər iki qurban HƏMAS və İsrail arasında münaqişələr səbəbilə müsəlman olduqları üçün şübhəlinin hədəfində olublar”. Məlumatda əməliyyatçıların bu müəyyən etdiyi bildirilib.
ABŞ prezidenti Co Bayden də Fələstin əsilli amerikalı ana və oğluna edilən hücumla bağlı danışıb. “Bu dəhşətli nifrət aktının Amerikada yeri yoxdur və bizim əsas dəyərlərimizə ziddir. Amerikalılar olaraq biz bir araya gəlib islamofobiyaya, fanatizmə və nifrətin bütün formaların qarşı çıxmalıyıq”, – deyə bayden bildirib.
Qeyd edilir ki, Czuba birinci dərəcəli qətl və adam öldürməyə cəhddə, həmçinin nifrət cinayətində ittiham olunacaq.
“Will County” şerif ofisi bir qadının şənbə günü səhər ev sahibi tərəfindən hücuma məruz qaldığını bildirib.
Məlumatda qadının hamam otağına qaçdığını və cinayətkarı uzaqlaşdırmağa davam etdiyini ifadə etdiyi bildirilib.
Hadisə yerinə gələn polis əməkdaşları qadın və oğlunun döş qəfəsi, gövdəsi və yuxarı ətraf nahiyələrindən çoxsaylı bıçaq zərbələri aldığını aşkar ediblər.
Hər ikisi xəstəxanaya aparılsa da, uşaq sonradan dünyasını dəyişib.
Ağır yaralanan qadının həyati təhlükəsinin olmadığı bildirilib.
Uşağın ABŞ-da doğulduğu, anasının isə 12 il əvvəl İordan çayının qərb sahilindən ABŞ-a gəldiyi bildirilib.
Səid Əhmədli
Gununsesi.info