Keçmiş İsrail kəşfiyyatçısı Netanyahunu tənqid etdi -Ölkəni qiyamətə sürükləyir

İsrailin Daxili Təhlükəsizlik Agentliyinin Şin-Bet (Şabak) keçmiş direktoru Nadav Arqaman İsrailin baş naziri Benyamin Netanyahunun bu vəzifəyə uyğun olmadığını və “ölkəni ölümə sürüklədiyini” bəyan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalına danışan Arqaman ölkədə təcili olaraq seçkilərin keçirilməsinə ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə Netanyahu bütün uğursuzluğa görə məsuliyyət daşıyır və ona yenidən liderlik yaraşmaz.

“Netanyahu böyük uğursuzluğa görə məsuliyyət daşıyır. O cavabdehdir, başqa (məsul) yoxdur. O, vəzifəsindən getməsə, bu, bizim üçün qiyamət olacaq. Əgər İsrail dövləti tez bir zamanda hərəkətə keçməsə, düşünürəm ki, biz çox pis yerlərə düşəcəyik” – deyə o vurğulayıb.

 

Arqaman eyni zamanda Ben-Qviri də tənqid edərək onun təhlükəsizliklə heç bir əlaqəsi olmadığını deyib.

 

“Milli təhlükəsizlik naziri? “Bəlkə daha yaxşı desək, o, milli fəlakətlər naziridir”– deyə fikrini bildirib.

 

 

Şəbnəm

Gununsesi.info