Polşa Ukrayna ilə sərhəddəki keçid məntəqələrinin blokunu açıb

Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirən polşalı fermerlər yük maşınları üçün Qrebenne-Rava-Russkaya keçid məntəqəsinin blokunu açıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sərhəddə iki istiqamətdə yük avtomobillərinin qeydiyyatı adi qaydada həyata keçirilir.

“Qrebenne – Rava-Russkaya” bu istiqamətdə blokada qalan yeganə keçid məntəqəsidir.

Hal-hazırda Polşa-Ukrayna sərhədindəki bütün keçid məntəqələri normal rejimdə işləyir.

Məlumata əsasən taxıl daşıyan yük maşınlarının Polşaya daxil olarkən Rava-Ruskadan keçməsinə icazə verilməyəcək. Departamentdən isə bildirilir ki, belə yüklər Polşa ərazisindən yalnız tranzit rejimində keçə bilər.

Xatırladaq ki, fevral ayının əvvəlindən ölkədə polşalı fermerlərin irimiqyaslı etiraz aksiyaları keçirilib. Etirazlar səbəb yerli kənd təsərrüfatının inkişafına mane olan Ukraynadan Polşaya ucuz kənd təsərrüfatı məhsullarının idxalına görə fermerlərin narazılığı ilə əlaqələndirilib.

Eyni zamanda 2022-ci ilin iyununda Aİ Ukrayna daşıyıcılarına müvafiq icazə və beynəlxalq sürücülük vəsiqəsi olmadan Aİ ölkələrinə ikitərəfli və tranzit daşımaları həyata keçirməyə icazə verib.

Qeyd edək ki, bu müqavilə daha sonra 30 iyun 2024-cü ilə qədər uzadılıb. Polşa yük maşınları Ukrayna daşıyıcılarının sayını azaltmağı və onlar üçün kommersiya icazələrinin tətbiqini tələb ediblər.

 

 

Şəbnəm

Gununsesi.info