İşdən çıxarıldığı deyilən general barədə açıqlama - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu barədə ilk olaraq manset.az xəbər verir.