Qırğızıstan Rusiya ilə anlaşdı

Qırğızıstan parlamenti Rusiya ilə birgə hava hücumundan müdafiə sistemləri şəbəkəsinin yaradılması haqqında sazişi təsdiqləyib.

Gununsesi.info xəbər verir ki,  saziş müştərək proqram üçün Qırğızıstandakı Kant Rusiya hərbi bazasında beş hektar (12 akr) torpaq sahəsinin istifadəsini nəzərdə tutur.

“Deputatlar Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılmasına dair sazişin təsdiq edilməsinə dair qanun layihəsini araşdıraraq qəbul ediblər”, Qırğızıstan parlamentindən verilən açıqlamada.

Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti-nin xəbərinə görə, iki ölkə arasında ortaq müdafiə sisteminin yaradılmasını nəzərdə tutan saziş 5 il müddətində qüvvədə olacaq. Rusiyadan Qazaxıstan, Belarus və Tacikistan kimi digər ölkələrlə də analoji müqavilələri var.

Açıq qaynaqlardan toplanan məlumata görə, Qırğızıstan ordusu 9K32 Strela-2, 9K35 Strela-10, ZSU-23-4, S-60, S-125 Neva-M1 və S-75M3 Dvina hava hücumundan müdafiə sistemlərinə malikdir. Sovet dövründən qalma hava hücumundan müdafiə vasitələri ilə hava məkanını qorumağa çalışan Qırğızıstanın müasir hava hücumundan müdafiə sistemi yoxdur.

Digər tərəfdən, Rusiya tərəfindən Qırğızıstanda hansı hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyi də qaranlıq olaraq qalır. Bununla belə, Kant Hərbi Bazasında S-400 və ya S-300 kimi uzaq mənzilli hava hücumundan müdafiə sisteminin yerləşdiriləcəyi vurğulanır. Kant aviabazasında hazırda S-125 və S-75 sistemləri var.

Rusiyanın bölgəyə S-400/300 sistemlərindən əlavə “Tor”, “Buk” və “Pantsir” kimi aşağı səviyyəli hava hücumundan müdafiə sistemlərini də göndərə biləcəyi düşünülür.

Səid Əhmədli
Gununsesi.info