Azərbaycan və EBRD gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

  • By ilhame
  • 13 Oktyabr 2023 19:08

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində növbəti məhsuldar görüşümüz EBRD-nin xəzinədarı Axel Van Nederveen ilə oldu. Bu görüşdə biz Bankla mövcud fəaliyyət istiqamətləri, eləcə də potensial digər əməkdaşlıq imkanları üzərində fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Gununsesi.info