İngiltərədə şiddətli partlayış – Göy üzünü alov bürüdü

  • By resul
  • 03 Oktyabr 2023 13:49

İngiltərənin Oksfordşir şəhəri yaxınlığındakı bioqaz qurğusuna ildırım düşməsi nəticəsində partlayış baş verib. Partlayış gecəni gündüzə çevirdiyindən rayon sakinləri təşvişə düşüb.

Gununsesi.info xəbər verir ki, “Severn Trent Green Power” tərəfindən yayılan açıqlamada dünən yerli vaxtla saat 19.20 radələrində Yarntondakı “Cassington AD” obyektində bioqaz anbarına ildırım düşməsi nəticəsində partlayışın baş verdiyi bildirilib.

Açıqlamada bölgədə təhlükəsizliyi təmin etmək üçün fövqəladə hallar xidmətləri ilə birlikdə çalışdığımız və yaxın saatlarda hadisə ilə bağlı daha ətraflı məlumatın ictimaiyyətlə paylaşılacağı bildirilib.

Partlayışdan sonra obyektdə yanğın baş verərkən, hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Partlayış nəticəsində ölən və yaralananların olmadığı açıqlanıb.

Səid Əhmədli
Gununsesi.info