Uşaqları ilə azadlığa buraxılan yəhudi köçkün qadın danışdı – VİDEO

İki uşağı ilə birlikdə HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam briqadaları tərəfindən əsir götürülərək, sonra  azad edilən yəhudi köçkün qadın hadisədən sonra danışıb. Qadın ona və uşaqlarına toxunulmadığını, ona bürünmək üçün paltar verdiklərini deyib.

Gununsesi.info xəbər verir ki,  Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalı da qadının və uşaqlarının sərbəst buraxılmasına dair görüntüləri yayıb.

Azadlığa çıxdıqdan sonra televiziyada başına gələnlərdən danışan yəhudi qadın bunları deyib:

“Uşağım Niğev əsgərlərdən birinin çiynində idi. Qışqıraraq məni çağırırdı. Balaca qızım Aişel də ağlayırdı. Sonra Qəzzanın çölünə çatanda evi gördük. Silahlılar Aişeli Qəzzaya qaytarıblar. Və iki uşağımla qaldıq. Başa düşdüm ki, bizi azad ediblər.

Bəli, biz Qəzzaya doğru təhlükəsizlik divarlarından kənarda idik. Qarşımızda evlər var idi. Məni otaqdan çıxaranda üstümə bürünmək üçün paltar verdilər.

Yol boyu davamlı olaraq partlayış səsləri eşidirdik. Sonra sərhədə çatdıq. Başqa bir kamera evi gördük. Məni gördülər. Özümü və uşaqları onlardan qorudum.

Bizə toxunmadılar. Qəzzaya doğru davam etdik”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirərək, fələstinliləri “heyvanlarla” müqayisə edib, “Biz insanabənzər heyvanlara qarşı mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik”, – deyə nazir bildirib.

Səid Əhmədli
Gununsesi.info