
Keniyada 95 tələbə qız naməlum xəstəlik səbəbindən iflic olub və yeriyə bilməyib.
Gununsesi.info xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən orta məktəbdə 95 tələbə qız xəstələnib.
Tələbələr səbəbi hələ müəyyən edilməmiş xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.
Regional təhsil məmuru Bonface Okoth xəstəlik səbəbiylə 95 tələbənin ayağının iflic olduğunu, əksəriyyətinin yeriyə bilməyəcəyini, tələbələrin isə tibbi müdaxilə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.
Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.
Xəstəliyi müəyyən etmək üçün tələbələrdən qan nümunələrinin alındığını bildirən xəstəxana rəsmiləri qan nümunələrinin Keniya Tibbi Araşdırma İnstitutu (KEMRI) laboratoriyalarına göndərildiyini bildirib.
Səid Əhmədli
Gununsesi.info