
13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır.
Gununsesi.info xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov onları təbrik edib.
O qeyd edib ki, bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yollarının, habelə nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, müasirləşdirilməsi, yükdaşımaların həcminin artırılması, polad magistralının inkişafı istiqamətində layihələrin icra olunması, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə strateji əhəmiyyətə malik dəmir yolu xətlərinin tikintisi uğurla həyata keçirilir.
Ölkəmizin mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirildiyini vurğulayan Cavid Qurbanov, sərnişinlərin mənzil başına rahat, təhlükəsiz şəraitdə çatdırılması, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, dəmir yollarının tikintisində dəmiryolçularımızın böyük zəhməti və səriştəsinin danılmaz olduğunu qeyd edib.
Cavid Qurbanov bu əlamətdar gün münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərmiş və bu gün də çalışan dəmiryolçuları ürəkdən təbrik etdiyini bildirib.
Əziz dəmiryolçular peşə bayramınız mübarək!
Gununsesi.info