Kolumbiyada dəhşətli zəlzələ oldu

  • By arzu
  • 18 Avqust 2023 11:21

Kolumbiyada dəhşətli zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Cumaral bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib. Olay zamanı bir göydələnin 7-ci mərtəbəsindən tullanan qadın həyatını itirib.

Zəlzələ insanları qorxuya salıb. Əhali küçələrə axışıb. Zəlzələnin təsiri ilə Marakaybo şəhərində bir kilsə uçub.

Zəlzələdən sonra daha iki sarsıntı ollub. Yer silkələnməsi ölkənin paytaxtı Boqota hiss edilib.

Amerikan Geoloji Araşdırma Mərkəzi zəlzələnin 6,3 bal gücündə olduğunu açıqlayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info