84 yaşlı qadının bətnində döl tapılıb

Meksikada qəribə hadisə baş verib. Şiddətli Qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında 40 yaşlı döl aşkarlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dölün çıxarılması üçün cərrahi müdaxilə qadının yaşına görə riskli olub.

Müayinə nəticəsində məlum olub ki, hamiləliyin aradan götürülməsinə baxmayaraq döl 40 il qadının qarnında qalıb. Həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər uşaqlıqdan kənarda inkişaf etdiyini, lakin bu səbəblə qadının bətnində qaldığını deyiblər.

Nadir hallarda görülən bu hadisə tibb ədəbiyyatında “Litopedion” adlanır.

Daş körpə olaraq da adlandırılan litopedion ektopik hamiləlik zamanı körpənin ana bətnində öldüyü, lakin bədəndən xaric oluna bilmədiyi üçün meydana gəlir.

Ana bətnində qalan körpə zamanla orqanizmin qoruyucu mexanizmi ilə əhənglənir və ölmüş dölün ananı zəhərləməsinin qarşısını alınır.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info