Trampa məktub göndərən şəxs 21 il azadlıqdan məhrum edildi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın adından Ağ Evə “risin” adlı zəhərli maddə ilə dolu məktub göndərən şübhəli şəxs 21 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xarici mediya istinadən xəbər verir ki, 56 yaşlı Paskalya Ferrier məhkəmədə planının uğursuz olmasından təəssüflənərək, törətdiyi əmələ görə isə özünü terrorçu deyil aktiv fəal adlandırıb.

Hakimin açıqlasına əsasən Ferrierin törətdiyi əməlin “potensial ölümcül”“cəmiyyət üçün zərərli” olduğu  bildirilib.

Fransa və Kanadanın ikili vətəndaşı olan Ferrier keçən il həbs olunduqdan sonra Kanadadakı evində gənəgərçək lobyasından risin hazırladığını etiraf edib və ona qarşı irəli sürülən ittihamları etiraf edib.

“Sənə yeni bir ad tapdm. Çirkin Qəddar Kloun” .

Bu sözləri o, Trampa göndərdiyi məktubda yazıb.

O, həmçinin ABŞ-ın keçmiş prezidenti Barak Obamaya və digər rəsmilərə də tərkibində risin olan məktublar göndərib.

Bildirilir ki, məhkum cəzasını çəkdikdən sonra ABŞ-dan deportasiya olunacaq.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info