
İsrail Almaniyaya havadan müdafiə sistelmləri satacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı rəsmi Vaşinqton təsdiq verib.
İki ölkə arasındakı anlaşmaya görə, Almaniya İsraildən “Arrow -3” hava müdafiə sistemləri alacaq.
İsrailin Müdafiə Nazirliyinin açıqlamasına görə, Vaşinqton təsdiqləmə qərarını İsrailin Müdafiə Naziri Yoav Qallanda bildirib.
İsrail Müdafiə Nazirliyi Almaniya ilə aralarında olan razılaşmanın 3,5 milyard dollar dəyərində və tarixi anlaşma olduğunu bildirib.
Bu, İsrailin bu günə qədərki ən böyük müdafiə anlaşmasıdır.
Tərcümə: Arzu