
Venesuela Fələstinə səfir təyin edərək önəmli bir həmlə edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Karakas Fələstindəki diplomatik təmsilçiliyini səfirlik səviyyəsinə yüksəldib.
Bu barədə Fələstinin VAFA agentliyi yazır. Fələstinin Xarici İşlər Nazirliyindən edilən açıqlamada Venesuelanın Fələstindəki diplomatik missiyasını yüksəltməsi təsdiq edilib. Venesuelanın Fələstində səfirlik açmasından məmnuniyyət duyulması bildirilib.
Xatırladaq ki, dünyanın onlarla ölkəsi Fələstinlə rəsmi diplomatik əlaqələr quraraq onu dövlət olaraq tanıyıblar.
Tərcümə: Arzu