Putinin sirlərini bilən keçmiş cangüdəni öldü

Vaxtilə Kremlin yüksək rütbəli keçmiş mühafizəçisi olan, rüşvətxorluğa görə 10 il azadlıqdan məhrum edilən general Gennadi Lopırev həbsxanada dünyasını dəyişib.

Bir müddət əvvəl azadlığa buraxılması üçün müraciət edən Lopırevin Putinin sirlərini bildiyi iddia edilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Gennadi Lopırevin naməlum xəstəlikdən öldüyü deyilsə də, sonradan bu xəstəliyin leykoz olduğu məlum olub.

General Lopırev 2017-ci ildə rüşvət almaqda və qanunsuz silah-sursat saxlamaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Buna baxmayaraq Lopırev ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

O, Federal Mühafizə Xidmətində xidmət edərkən Putin üçün tikilən Qara dəniz sahilindəki “Gelendzhik ” sarayına və Soçidəki rəsmi iqamətgahı “Bocharov Ruchey”-ə də cavabdeh olub.

Onun hər iki binanın bütün detallarını dəqiqliyi ilə bildiyi və “Gelendzhik” sarayının dövlət pulu ilə tikildiyi də iddia olunur.

Qeyd edək ki, rus mediasında 69 yaşlı Lopırevin səhhətində heç bir problem olmadığı və zəhərlənərək öldürüldüyü deyilir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info