Kanadanın baş naziri boşanması qərarından yazdı

Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi Trüdonun ayrılıq xəbəri yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Castin Instagram hesabında yazıb.

“Biz anlayışlı və çətin qərarlardan sonra ayrılmaq qərarına gəldik. Həmişə olduğu kimi, bir-birimizə və birlikdə qurduğumuz hər şeyə dərin sevgi və hörmətlə yanaşan yaxın bir ailə olaraq qalacağıq ” .

Əldə olunan məlumatlara əsasən cütlük ayrılsalar da, ictimaiyyət qarşısında daima bir arada olacaq.

Nəticələrə əsasən 51 yaşlı Trüdo və həyat yoldaşı 48 yaşlı Sofi son illərdə ictimaiyyət qarşısında gec-gec görünüb.

Cütlük bu ilin mart ayında Kanadada ABŞ prezidenti Co Bayden və həyat yoldaşını qəbul edib.

May ayında isə İngiltərə kralı III Çarlzın Londonda tacqoyma mərasimində iştirak edib.

Baş nazirin həyat yoldaşı Sofi 2022-ci ildə evliliklərinin ildönümündə münasibətlərinin çətinliklərdən keçməsi barədə İnstaqramda paylaşımı ilə diqqəti cəlb etmişdir.

“Günəşli günlərdən, fırtınalardan və aralarındakı hər şeydən keçdik”.

Həmçinin Castin Trüdo 2014-cü ildə öz tərcümeyi-halında evliliklərinin çətin dövrlərindən bəhs edib :

“Evliliyimiz mükəmməl deyil, çətin eniş-yoxuşlarımız oldu, amma Sofi hələ də mənim ən yaxşı dostum, həyat yoldaşım və sevgilimdir. Bəzən incitsə də, bir-birimizə qarşı dürüstük”.

2005-ci ildə Monrealda evlənən cütlüyün münasibəti 2003-cü ildə başlanıb.

Bildirilir ki, Sofi Trüdo  keçmişdə radio və televiziya aparıcısı, Castin isə psixi sağlamlıq mərkəzlərində xeyriyyə dərnəklərində xidmət göstərməsi ilə tanınıb.

Qeyd edək ki, 18 illik ailə həyatından cütlüyün  üç övladı var.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info