Hikmət Abbasovun işdən çıxarılan müavininə yeni vəzifə verildi -YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Əkbər Novruzov yeni vəzifəyə təyin edilib.

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Ə.Novruzov Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəis təyin olunub.

11:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.

Gununsesi.info “Qaqazinfo”a istinadən xəbər vetir ki, məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmallədin Heydərov əmr imzalayıb.

Nazirinin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.

Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.

Gununsesi.info