Çexiya Ukraynaya helikopterlər verəcək

Çexiya Amerika Birləşmiş Ştatlarından yeni helikopterlər alır və köhnə Mi-24V-ləri istismardan çıxararaq onları Ukraynaya təhvil verməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Nazirin sözlərinə görə, Mi-24V/35 helikopterləri gözlənildiyindən daha uzun müddət xidmət göstərsələr də, əla iş görüblər. ABŞ-dan Çexiya “UH-1Y Venom” və “AH-1Z Viper” helikopterləri alacaq.

Nazir neçə helikopterin Ukraynaya veriləcəyini açıqlamayıb. O bildirib ki, Çexiyada Mi seriyalı helikopterlər üçün ehtiyat hissələri də var.

 

Gununsesi.info