
İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə sülh razılaşması əldə etmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Biz tarixi hadisənin şahidi olacağıq – bəlkə də bunun baş verəcəyinə zəmanət verə bilmərəm.Əgər siyasi iradə olarsa, o zaman İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün siyasi yol tapılacaq”.
Netanyahu həmçinin qeyd edib ki, ölkələr arasında sülh müqaviləsi olmasa da, iqtisadi əməkdaşlığı inkişaf etdirə bilər. Onun fikrincə, tərəflər Ərəbistan yarımadası vasitəsilə Asiyadan Avropaya keçən “iqtisadi dəhliz” yarada bilər.
“İqtisadi dəhliz enerji, nəqliyyat və kommunikasiyadır . Biz bunu həyata keçirəcəyik. Mənə elə gəlir ki, rəsmi sülh müqaviləsinin olub-olmamasından asılı olmayaraq biz bunu həyata keçirə bilərik”.
Bildirilir ki, 2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb.
Daha sonra Sudan və Mərakeş yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan ediblər. BƏƏ və Bəhreynlə sülh bağlamazdan əvvəl ərəb İsraili yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik idi.
Tərcümə
Şəbnəm
Gununsesi.info