ABŞ Ukraynaya 66 milyard yardım göndərib

ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi, maliyyə və humanitar yardım göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr qeyd edib ki, ABŞ-ın Ukraynaya yardımının ümumi həcmi müharibə başlayandan 66,2 milyard dollar təşkil edib ki, bu da Vaşinqtonun ittifaq dövlətinə yatırdığı ən böyük sərmayədir.

Bildirilir ki, Amerika maliyyəsi silah, təlim, dərman, generatorların tədarükü və yenidənqurma işlərinə yönəlib. Buraya 43 milyard dollardan çox hərbi yardım daxildir.

 

Gununsesi.info